Hekayələr. Ənvər Məmmədxanlı

Ənvər Məmmədxanlı
Kitabın kodu 9789952243796
Kitabın ölçüləri 130x200
Səhifələrin sayı 208
Qiymət 5 M

Kitab haqqında qısa məlumat

XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirib. Bakıda öncə N.Nərimanov adına sənaye texnikumunda, sonra isə Azərbaycan neft institutunda iki il qiyabi təhsil alıb, Moskvada Ali kinematoqrafiya institutunda oxuyub.
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayan yazıçının “Bakı gecələri”, “Əfsanəvi dağlar”, “Karvan dayandı” kimi hekayələri oxucular tərəfindən rəğbətlə qarşılanıb. “Şərqinsəhəri”, “Od içində”, “Şirvan gözəli” adlı dram əsərləri Azərbaycan və xarici ölkə teatrlarında tamaşaya qoyulub. Ssenariləri əsasında “Fətəlixan”, “Leyli və Məcnun”, “Bəxtiyar” kino-novellası, ikiseriyalı “Babək” bədii filmi çəkilib.
Özünə məxsus təhkiyəsi olan yazıçının əsərlərində real həyat mənzərələri ilə yanaşı, romantik əhvali-ruhiyyə, lirik üslub diqqəti cəlb edir. Müəllifin bir çox əsərləri şeir kimi oxunur, elə buna görə onu "şair təbiətli yazıçı" da adlandırırlar.
Ə.Məmmədxanlı 1990-cı ildekabrın 19-da Bakıda vəfat edib. Məzarı fəxri xiyabandadır.

There are many variations of passages of Lorem Ipsum available