Cek London

Əsl adı - Con Qriffits London. Amerika yazıçısı. Macəra hekayə və romanlarının müəllifi kimi tanınıb. Çoxşaxəli istedadı ona həm də utopik və elmi-fantastik hekayələrin yazılmasında uğur gətirib. Cek London ciddi yazıçılıq fəaliyyəti ilə 23 yaşında məşğul olmağa başlayıb. Bu vaxta qədər o, onlarla peşədə özünü sınayıb. Özünün 40 illik qısa ömründə Cek London səfillik, tələbəlik, brakonyerlik, kənd təsərrüfatı və bir çox digər fəaliyyətlərlə məşğul olmuş, rus-yapon müharibəsində müxbir kimi çalışmışdır. 20 ildən az bir dövrü əhatə edən yaradıcılıq dövründə 200-dən artıq hekayə, 20 roman və 3 pyes yazmışdır.

Kitabları