Hekayələr

İsi Məlikzadə
Kitabın kodu 9789952243826
Kitabın ölçüləri 130x200
Səhifələrin sayı 240
Qiymət 5 M

Kitab haqqında qısa məlumat

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsi Məlikzadə 1934-cü ildə Azərbaycanın Ağcabədi rayonunda anadan olub.Burada orta məktəbi bitirdikdən sonra o vaxtkı Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə ixtisası üzrə başlasa da, sonralar "Ulduz" və "Azərbaycan" ədəbi jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında, Cəfər Cabbarlıadına "Azərbaycanfılm" kinostudiyasında, "Mozalan" satirik kinojurnalında və Azərbaycan Dövlət Akademik Dram Teatrında işləyib. 1994-cü ildən ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri vəzifəsində çalışan yazıçı 1995-ci ildekabrın 5-də vəfat edib.
Yazıçının ilk kitabı ("Həsrətin sonu") 1964-cü ildə işıq üzü görüb və oxucuların diqqətini cəlb edib. Bundan sonra onun müxtəlif illərdə bir-birindən maraqlı onlarla əsəri nəşr olunub.
İsi Məlikzadənin ssenariləri və əsərlərinin motivləri əsasında "Alma almaya bənzər", "Pəncərə", "Gümüşgöl əfsanəsi", "Evlənmək istəyirəm", "Hacı Qara” (Cahangir Mehdi iləbirlikdə), "Gəl qohum olaq" kimi ekran əsərləri çəkilib. Yazıçının "Qatarda" hekayəsi əsasında hazırlanan eyniadlı televiziya tamaşası tamaşaçılar tərəfindən çox sevilir.

There are many variations of passages of Lorem Ipsum available