Hekayələr

Konstantin Paustovski
Kitabın kodu 9789952242454
Kitabın ölçüləri 125x200
Səhifələrin sayı 192
Qiymət 4 M

Kitab haqqında qısa məlumat

XX əsr rus ədəbiyyatının görkəmli simalarından olan Konstantin Paustovski (1892–1968) öz şöhrəti ilə sovet dövrünün qapalı sərhədlərini aşmağa müvəffəq olmuş azsaylı ədiblərdəndir. Əsərlərini, əsasən, xalq həyatına, insani dəyərlərə, I və II dünya müharibələrinin qəhrəmanlarına, eləcə də tanınmış şəxsiyyətlər haqqında düşüncələrə həsr etmişdir.
K.Paustovski yaradıcılığa hələ orta məktəbdə oxuyarkən başlamış, həmin illərdə “Suyun içində” və “Üç nəfər” adlı hekayələrini dərc etdirmişdir. Yazıçılıq şöhrətini ona 1936-cı ildə yazdığı “Qara boğaz” povesti gətirmişdir. Onun “Parlaq səma”, “Romantiklər” adlı romanları, “Qızılgül”, “Meşələr haqqında povest”, “Qara dəniz” kimi povestləri, eləcə də “Toxucu Nastya”, “Qar”, “Yağmurlu sübh çağı”, “Madam Bovenin duası”, “Verdinin musiqisi” və s. hekayələri də oxucuların rəğbətini qazanmışdır.

There are many variations of passages of Lorem Ipsum available