Müharibə povestləri

İsa Hüseynov
Kitabın kodu 9789952244816
Kitabın ölçüləri 125x200
Səhifələrin sayı 272
Qiymət 6 M

Kitab haqqında qısa məlumat

Azərbaycanın böyük yazıçısı İsa Hüseynov (1928–2014) XX əsrin 80-ci illərindən etibarən "İsa Muğanna" imzası ilə tanınmışdır. Ustad nasirin yaradıcılığında "Məhşər", "İdeal" kimi məşhur romanlarla yanaşı, "Kollu Koxa", "Şəppəli", "Faciə" kimi povestlər də xüsusi yer tutur. Povest (uzun hekayə) janrında qələmə alınan həmin əsərlər ilk dəfə işıq üzü gördükdən sonra böyük maraqla qarşılanmış və geniş ədəbi rezonansa səbəb olmuşdur.

İndi sizə təqdim etdiyimiz kitaba İsa Hüseynovun eyni janrda yazdığı "Saz", "Tütək səsi" və "Quru budaq" əsərləri daxil edilmişdir. Ədəbiyyatımızın incilərindən sayılan bu uzun hekayələrdə müəllif  II Dünya müharibəsi dövründə və müharibədən sonrakı ilk illərdə Azərbaycan kəndinin sosial-mənəvi və psixoloji mənzərəsini ustalıqla yaratmışdır.

There are many variations of passages of Lorem Ipsum available