a a a a a
SON NƏŞR

Redyard Kiplinq ədəbiyyat üzrə Nobel mükafatı almış ilk ingilis yazıçısı, şairi və novellaçısıdır. O bu mükafata “müşahidə etmək bacarığına, parlaq fantaziyasına,  ideya bitkinliyinə və rəvayətçilik istedadına görə" layiq görülmüşdür. Mükafatı alan zaman R.Kiplinq artıq on üç cild təşkil edən novellaların, dörd romanın, uşaqlar üçün yazılmış üç hekayələr kitabının, çoхsaylı məqalələrin, yol qeydlərinin və yüzlərlə şeirin müəllifi kimi tanınırdı. 

Tükənməz istedadı, sərrast və zəngin dili olan yazıçının hələ sağlığında əsərlərinin tam külliyyatı çap edilmişdir. R.Kiplinqin ən məşhur əsərləri "Cəngəlliklər kitabı", "Kim" və "Sonuncu nəğmə oxunuşu" sayılır. Yazıçının metaforalarla dolğun əsərləri ingilis dilini xeyli zənginləşdirmişdir.

ARTIQ SATIŞDA

Fransız yazıçısı E.d'Ervili bir çox komediyaların, tarixi və macəra romanlarının müəllifidir. Əsərlərini, əsasən, 1868-1903-cü illər arasında yazmışdır. E.d'Ervili uşaq ədəbiyyatından da yan ötməmişdir. Onun uşaqlar üçün yazdığı ən məşhur əsərləri "Uşaqlığın qızıl əsri, əxlaqi şən əhvalatlar", "Şahnazə Franjipanın sərgüzəştləri" və "İbtidai oğlanın macəraları"dır. "İbtidai oğlanın macəraları" əsəri min illər bundan əvvəl yaşamış Krek adlı oğlanın macəralarından, ibtidai insanın təhlükə və çətinliklərlə dolu həyatından bəhs edir.

ARTIQ SATIŞDA

Məşhur rus yazıçısı, rejissor, ssenarist, aktyor Vasili Makaroviç Şukşin 1929-cu ildə Altay əyalətinin Srostki kəndində anadan olmuşdur. Ədəbi yaradıcılığa əsgərlik illərindən maraq göstərmişdir. 1954 1960 cı illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya 
İnstitutunun rejissorluq bölməsində təhsil almışdır. Həmin illərdə müəlliminin məsləhəti ilə hekayələrini müxtəlif mətbu orqanlarda çap etdirməyə başlamışdır. 1958-ci ildə "Arabada iki nəfər" adlı ilk hekayəsi, daha sonra "Həqiqət", "Nurluürəklər", "Styopkanın məhəbbəti", "İmtahan" və s. hekayələri işıq üzü görmüşdür. 1963-cü ildə ilk kitabı – "Kənd sakinləri" adlı hekayələr toplusu çapdan çıxmışdır.

V.Şukşin 1966-cı ildən kino fəaliyyətinə başlamışdır.“İki Fyodor”, “Belə bir oğlan yaşayır”, “Məni işıqlı gələcəyə çağır” filmləri ona böyük şöhrət qazandırmışdır. V.Şukşinin ssenaristi, rejissoru və baş rolun ifaçısı olduğu “Qırmızı başın ağacı” filmi 1974-cü ildə Bakıda keçirilmiş Ümumittifaq Kino Festivalının baş mükafatına layiq görülmüşdür.


TEZLİKLƏ SATIŞDA

Lüğətdə Azərbaycanın orta ümumtəhsil məktəblərində Azərbaycan dili və Ədəbiyyat fənlərinin tədrisində istifadə olunan 1600-dən çox terminin izahı verilmişdir. Lüğət orta məktəb şagirdləri, müəllimləri və abituriyentlər üçün nəzərdə tutulmuşdur.

TEZLİKLƏ SATIŞDA

Lüğətdə 2000-ə yaxın coğrafi ya termininin və terminoloji ifadəsinin izahı verilmişdir. Burada son illərdə coğrafi ya elmin ininkişafı ilə bağlı meydana gəlmiş, əvvəlki lüğətlərimizə daxil olmamış yeni terminlər öz əksini tapmışdır. Lüğət məqalələrinin 
klaster (şaxələndirmə) üsulu ilə qurulması, kütləvi oxucu üçün anlaşıqlı dildə olması, baş sözlərin elmi izahı ilə yanaşı, etimoloji izahının da verilməsi lüğətin əsas məziyyətlərindəndir.

Abunə ol

Saytımızdakı son yeniliklərdən xəbərdar olmaq üçün e-mailiniz daxil edin

Email-inizdə səhvlik var...
Abunə ol

404 Səhv

Axtardığınz səhifə tapılmadı!!!

Reyhan Yusifqızı (Şıxlinskaya)
Reyhan Yusifqızı (Şıxlinskaya)

Reyhan Yusifqızı (Şıxlinskaya) 1965-ci ildə anadan olub, 1972-82-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə və 20 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. 1987-ci ildə Bakl Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və hazırda orada işləyir, fizika-riyaziyyat elmləri namizədidir. Bədii yaradıcılıqla 1995-ci ildən məşguldur.
Ətraflı
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.İlk iri həcmli əsəri - “Yaşıl gözlü qız” elmi-fantastik povesti 2009-cu ildə Türkiyədə keçirilmiş uşaq kitabları yarışmasında laureat olub və Ankarada türk dilində çap edilib. Müəllifin ikinci macəra kitabı - “Aysu” 2012-ci ildə nəşr edilib.Mənim ilk kitabım” seriyasından “Hamıdan qəşəng”  və “Xoşbəxt arı” kitablarının müəllifidir.Riyaziyyat əyləncəli olabilərmiş” kitabı 2014-cü ildə müəllifin uşaqlara hədiyyəsi olacaq.
Bağla
Solmaz Yadulla qızı Abdullayeva
Solmaz Yadulla qızı Abdullayeva

Solmaz Yadulla qızı Abdullayeva 1966-cı ildə Bakı şəhərində anadan olub, 1973-83-cü illərdə Bakı şəhəri 54 saylı orta məktəbdə oxuyub. 1988-ci ildə Bakl Dövlət Universitetini fərqlənmə diplomu ilə, 1997-cı ildə N.Tusi adına ADPU-nu  bitirib.  Hazırda Nəsimi rayonu 23№li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.

Ətraflı

2007-2008-ci ildə və 2012-2013-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, əməkdar müəllimdir .   

 2009-2012-ci illərdə “Kurikulum” jurnalının ibtidai şöbəsinin redaktoru vəzifəsində çalışmışdır. “Kurikulum” jurnalında, “Azərbaycan müəllimi”, “Təhsil problemləri”, “Bakı Təhsili” qəzetlərində  nümunəvi dərs planları, kiçik və böyük summativ qiymətləndirmə tapşırıqlarına aid nümunələr, iş təcrübəsilə  bağlı məqalələri, kurikulumla hazırlanan dərsliklərlə bağlı çıxışları, orta məktəblərdə Azərbaycan dilinin tədrisi ilə  və s. mövzularda yazıları dərc olunmuşdur.

      2011-ci ildən “Azərbaycan dili 4”,  2012-ci ildən “Azərbaycan dili 1” dərslik komplektlərinin həmmüəlliflərindən biridir. Eyni zamanda kurikulumla hazırlanmış Azərbaycan dilindən “Yarpaq testlər” (1-4-cü siniflər), Riyaziyyatdan “Riyaziyyatdan testlər” tədris resurslarının müəllifiidir.

Bağla
Orucova Gülşən
Orucova Gülşən

Orucova Gülşən Yasin qızı - “Altun Kitab” nəşriyyatında işıq üzü görmüş “Əlifba”, “Azərbaycan dili - 2”, “Azərbaycan dili - 3” dərslik komplektlərinin həmmüəllifidir.
1963-cü il yanvarın 28-də Bakı şəhərində anadan olmuşdur. 

Ətraflı

1980-ci ildə Bakı şəhər 36 nömrəli məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indi BDU) kimya fakultəsinə daxil olmuş, 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2005-ci ildə ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. Hazırda Bakı şəhər 6 nömrəli məktəbində çalışır.

Türkiyədə və ABŞ-da keçirilən beynəlxalq seminar və proqramların iştirakçısı, 2007-2008-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı 100 müəllim” müsabiqəsinin qalibi olmuşdur.

2010-cu ildə əməkdar müəllim adına layiq görülmüşdür.



Bağla
Əliyev Arif Aslan oğlu
Əliyev Arif Aslan oğlu

Əliyev Arif Aslan oğlu 1960-cı ildə anadan olub. İxtisasca jurnalistdir. Moskva Dövlət Universitetini bitirib. ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Türkiyədə ixtisasartırma kursları keçib.
Ətraflı

AzərbaycanDövlətTeleqrafagentliyininmüxbiri, «MolodyojAzerbaydjana» qəzetininşöbəmüdiri, «Xazar» jurnalınınbaşredaktoru, «Azadlıq» qəzetininredaktormüavini, «Turan» məlumat-nəşriyyatmüəssisəsininbaşdirektoru, «Svoboda» qəzetininredaktoru, AzərbaycanPrezidentininmətbuatkatibiişləyib. Hazırda «YeniNəsil» JurnalistlərBirliyininsədri, BakıMətbuatKlubunundirektoru, TürkiyəQəzetəçilərFederasiyasınınSədrlərŞurasınınüzvüdür. Jurnalistikayadair 9 kitabın müəllifidir.

Arif Əliyevin «Sonçağrı» və “Tarixi yanlışlıqlar” kitabları “Altun Kitab” nəşrlər evində işıq üzü görüb.  

Bağla
Dilrüba Cəfərova
Dilrüba Cəfərova
Dilrüba Nurəddin qızı Cəfərova - 2008- ci ildən “Altun-Kitab” nəşriyyatı ilə əməkdaşlıq edir. I – VI cı siniflər üçün Azərbaycan dili dərsliklərinin və dərs vəsaitlərinin həmmüəllifidir.

Ətraflı

1954-cü ildə Gəncə şəhərində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU) filologiya fakültəsini bitirib. Uzun müddət Azərbaycan EA Nizami adına Ədəbiyyat institunda çalışıb.1995-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur. Hazırda Bakı Avrasiya Universitetinin  (BAAU) dosentidir. Filologiya elmləri namizədidir.


Bağla
Ekitabxana

Bos yer saxlamisiz...
*Adinizi daxil edin
*Soyadinizi daxil edin
*Emailnizde sehvlik var
*Metni daxil edin
Layihələrimiz
Ayın kitabı