Dədə Qorqud dastanı

Kitabın kodu 9789952243635
Kitabın ölçüləri 145x200
Səhifələrin sayı 144
Qiymət 3.5 M

Kitab haqqında qısa məlumat

Yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının da nadir incilərindən sayılan "Kitabi-Dədə Qorqud" dastanı xalqımızın ən qədim yazılı söz abidələrindən biridir. Dastan on iki boydan, hər boy qədim türk tayfası olan Oğuzların həyat və düşüncə tərzini əks etdirən müstəqil süjetdən ibarətdir. Boyların müəllifliyi Dədə Qorquda aid edilir. O, Oğuz türklərinin başbiləni, yolgöstərənidir.
Dastanın "Müqəddimə"sində Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında (VII əsr) yaşadığı və onun üzünü gördüyü qeyd edilir. Orta əsr tarixçilərindən bəzilərinin yazdığına görə isə, Dədə Qorqud türklər tərəfindən elçi sifətilə Məhəmməd peyğəmbərin yanına göndərilib.
Tədqiqatçılar hesab edirlər ki, "Kitabi-Dədə Qorqud" boyları ilk dəfə XI yüzillikdə "Kitabi-Dədəm Qorqud" adı ilə yazıya alınıb. Onun hazırda əlimizdə olan iki nüsxəsi var. Müqəddimə və 12 boydan ibarət olan Drezden (Almaniya) və eyni müqəddimə ilə 6 boydan ibarət olan Vatikan (İtaliya) nüsxələrinin XVI əsrdə üzü köçürülmüş əlyazmalar olduğu bildirilir. Drezden nüsxəsi 1972-ci ilin avqustunda Bakıya gətirilib.
Orta məktəb şagirdləri üçün nəzərdə tutulan bu kitab "Kitabi-Dədə Qorqud" dastanının 1999-cu ildə "Elm" nəşriyyatı tərəfindən çapa hazırlanan sadələşdirilmiş mətni əsasında işlənmişdir. Bununla belə, kitabda dastanın bütün qolları əksini tapmışdır.

There are many variations of passages of Lorem Ipsum available