Şarlotta Bronte

İngiltərə şairəsi və yazıçısıdır. Klassik qadın romanının banisi hesab olunur. İngiltərənin Yorkşir əyalətində, keşiş ailəsində anadan olub. Gənc yaşlarında təhsilini artırmaq üçün bacısı Emili ilə birlikdə Brüsselə gedir. Təhsilini bitirərək müəllim ixtisasına yiyələndikdən sonra doğulduğu əyalətdə bacısı ilə birgə məktəb açır. 1846-cı ildə Şarlotta və Emili bacılarının şeirlərindən ibarət toplu dərc olunur. Bu şeirləri bacılar kişi təxəllüsləri ilə yazmışdılar. Şarlotta Brontenin 1846-cı ildə yazdığı, “Müəllim” adlı ilk romanı yalnız onun ölümündən sonra (1857-ci ildə) işıq üzü görür. Lakin, 1847-ci ildə yazdığı, ikinci romanı olan “Ceyn Eyr” romanı yazıçını məşhurlaşdırır. Digər romanları: “Şerli” (1849), “Şəhər”(1853) və sağlığında özünün tamamlaya bilmədiyi “Emma”.

Kitabları

Ceyn Eyr

Şarlotta Bronte
3