Martin İden

Kitab haqqında qısa məlumat

Dünya ədəbiyyatına "Ağ diş", "Əcdadların harayı", "Həyat eşqi", "Dəniz canavarı" kimi qiymətli əsərlər bəxş etmiş görkəmli ABŞ yazıçısı Cek Londona (1876-1916) ən böyük şöhrəti "Martin İden" romanı gətirib.
Kasıb təbəqədən olan 21 yaşlı matros Martin İden Ruf adlı yüksək təbəqədən bir qıza vurulur. Ruf Martində ədəbiyyata böyük maraq yaradır. Jurnalların yazıçılara qələmə aldıqları əsər müqabilində yaxşı qonorar verdiyini öyrənən gənc matros ədəbiyyatla məşğul olmağa qərar verir. O, yazıçılıq sayəsində varlanmaq və şöhrət qazanmaq, nəticədə sevdiyi qızın mənsub olduğu yüksək cəmiyyətə daxil olmaq istəyir.

Qiymət - 3 Azn
Umico ilə sifariş et

Oxşar kitablar