Sindbadın yeddi səyahəti

Kitab haqqında qısa məlumat

Şərq dünyasının ən maraqlı nağıl, rəvayət və əfsanələri Şəhrizad tərəfindən nəql olunaraq “min bir gecə”də toplanmışdır. “Min bir gecə” nağıllar toplusunun yaranma tarixi və məkanı haqqında alimlərin fərqli fərziyyələri var. Bəziləri bu toplunu ərəb, bəziləri – fars, digərləri isə hind ədəbiyyatına aid edirlər. Avropada onları “ərəb nağılları” adlandırırlar. Bu nağıllardan ən məşhuru Şəhrizadın 537-ci gecədən 566-cı gecəyədək danışdığı “Sindbadın yeddi səyahəti”dir.
“Sindbadın yeddi səyahəti” Bağdad şəhərində olan bir dəniz səyyahının ticarət məqsədilə yad ölkələrə səyahət etməsindən və həmin ölkələrdə başına gələn qeyri – adi, sehrli əhvalatlardan bəhs edir.

Qiymət - 4 Azn
Umico ilə sifariş et