Robin Hud

Kitabın kodu 9789952243031
Kitabın ölçüləri 135x195
Səhifələrin sayı 128
Qiymət 3 M

Kitab haqqında qısa məlumat

Robin Hud ingilis xalq balladalarının məşhur qəhrəmanıdır. Bu qəhrəman haqqında rəvayətlər XIV əsrdən bəri dillərdə dolaşır.
"Hood" sözü bəzən ingilis dilindəki "good" (yaxşı) sözü ilə səhv salınır. Əslində isə ingilis dilində bu söz paltara tikilmiş papaq (kapüşon) mənasını verir. Robin Hud papaqlı paltar geyinirmiş.
Rəvayətə görə Robin Hud öz dəstəsi ilə birlikdə Nottingem ətrafındakı Şervud meşəsində yaşayırmış. Məzlumların müdafiəçisi, zalımların qənimi olan Robin Hud sərrast oxatan və məharətli qılıncoynadan olmuşdur. O, dostları ilə birlikdə Nottingem şerifinə və ser Qay Qisborna qarşı mübarizə aparmışdır.
Robin Hud haqqındakı rəvayətlər və balladalar bu gün də sevilə-sevilə oxunur. Bir çox yazıçılar bu mövzuya müraciət etmiş, Robin Hud haqqında onlarla bədii film və cizgi filmləri çəkilmişdir. Azərbaycan oxucusuna təqdim olunan bu kitab isə ingilis balladaları və rəvayətləri əsasında yazılmışdır.

There are many variations of passages of Lorem Ipsum available