Şirürəkli Riçard

Aleksandr Qranovski
Kitabın kodu 9789952244960
Kitabın ölçüləri 140x200
Səhifələrin sayı 176
Qiymət 5 M

Kitab haqqında qısa məlumat

Təkcə İngiltərənin deyil, dünya tari­xinin ən maraqlı şəxsiyyətlərindən biri olan Şirürəkli Riçard (I Riçard) həyatı və ölümü barədə saysız-hesabsız əfsanələrin, rəvayətlərin dolaşdığı hökmdarlardandır. 10 il boyunca (1189 – 1199) İngiltərə kralı taxtında əyləşən Riçard qeyri-adi ağlı və cəsarəti ilə öz dövründə böyük şöhrət qazanmış, özündən sonrakı yüzilliklərdə həm elmi, həm də bədii səpkili tarixi əsərlərin qəhrəmanına çevrilmişdir. 

Sizə təqdim olunan bu kitabda müəllif  Şirürəkli Riçardın maraqlı hadisələrlə zəngin həyatına işıq tutur, eyni zamanda onun daxili aləmini açıb göstərir. Əsərdə görkəmli hökmdarın yalnız İngiltərə yox, bütövlükdə Avropa tarixində oynadığı həlledici rol, eləcə də Qüds uğrunda Səlahəddin Əyyubi ilə mübarizəsi və qarşılıqlı münasibətləri ətraflı şəkildə, oxu­naqlı dildə təsvir olunur.

There are many variations of passages of Lorem Ipsum available