Şah Abbas

Kitab haqqında qısa məlumat

Şah I Abbasın hakimiyyətdə olduğu 42 il Səfəvi dövlətinin siyasi-iqtisadi və hərbi baxımından ən parlaq dövrü sayılır. Şah I İsmayılın yaratdığı səltənətin güclənmə­sində həlledici rol oynayan I Abbas ağıllı diplomat və hərbi strateq kimi tanınırdı. Bu səbəbdən də Avropada "Böyük Abbas" kimi şöhrət tapmışdır. Bir çoxlarının fikrincə, "Qanuni" ləqəbli Sultan I Süleyman Os­manlı dövləti üçün kimdirsə, Şah I Abbas da Səfəvi dövləti üçün odur.

Türkiyənin tanınmış tarixçisi Cihad Ay­doğmuşoğlunun sizə təqdim olunan kitabını oxuduqca I Abbasla bağlı yuxarıdakı fikirlərin təsadüfi olmadığı ortaya çıxır. Əsər Səfəvi şahının həyatı və şəxsiyyəti barədə bir-birindən maraqlı faktlarla zəngindir. Müəllif I Abbasın taxta çıxdığı dövrə qədərki Səfəvi tarixi barədə ətraflı şəkildə bəhs etməyi unutmayıb.

Qiymət - 5 Azn
Umico ilə sifariş et