Hacı Zeynalabdin Tağıyev

Müsəllim Həsənov
Kitabın kodu 9789952245165
Kitabın ölçüləri 140x200
Səhifələrin sayı 192
Qiymət 5 M

Kitab haqqında qısa məlumat

Neft milyonçusu və görkəmli mesenat Hacı Zeynalabdin Tağıyev haqqında çoxsaylı rəvayətlər dolaşır. Bu isə onun əfsanə­ləş­mə­­sinə səbəb olub. Tanınmış araşdırmaçı, ki­nossenarist Müsəllim Həsənovun qələmə aldığı bu kitabda isə Tağıyevə, onun şəx­siy­yətinə və fəa­liyyətinə folklor «həqi­qət»­lə­rindən deyil, tarixi mən­bələr, arxiv mate­rial­ları prizmasından nəzər salınır. 

Müəllif öz araşdırmasında saysız-hesabsız qaynaqlara baş vurur, faktları müqayisə edə­rək ümumiləşdirir və Tağıyev barədə bütün suallara cavab tapmağa çalışır. Nəticədə ay­dın olur ki, məsələn, «Şollar suyu Bakıya Ta­ğıyevin pulu ilə çəkilib» fikri şişirdilib, yaxud Hacı Zeynalabdinin Almani­yada bir res­to­ran­da azərbaycanlıların pulsuz yeyib-içməsi üçün yüzillik xərci ödəməsi barədə de­yi­lənlər yalnız xalq yara­dıcılığının məh­su­lu­dur. Bir sözlə, M.Həsə­nov gözlərimiz önün­də görkəmli mesenatın trafaret olmayan həqiqi obra­zını yaratmağa çalışıb və əmin­liklə deyə bilərik ki, bunu bacarıb.

There are many variations of passages of Lorem Ipsum available