Əmir Teymur

Kitab haqqında qısa məlumat

Dünyanın sonuncu nəhəng fatehi sayılan Əmir Teymur Şərqdə «Teymurləng», «Topal Teymur», Qərbdə isə «Tamerlan» adı ilə də məşhurdur. O, İrana, Qafqaza, Hindistana, Kiçik Asiyaya yürüşlər edib paytaxtı Səmərqənd olanTeymurilər dövlətini yaradıb.
Teymur haqqında fikirlər təzadlıdır: bəziləri onu böyük dövlət xadimi və ağıllı sərkərdə hesab edir. Bəzilərinə görə isəTeymur, sadəcə, qəddar istilaçıdır. Belə düşünənlərdən kim daha çox haqlıdır?
Səlis dilinə, sadə üslubuna görə bir nəfəsə oxunan bu kitabda həmin suala aydın cavab tapmaq mümkündür. Müəllif əsərdə Əmir Teymurun uşaqlığından tutmuş qocalığınadək bütün həyatını təfsilatı ilə təsvir edir, oxucunun beynində onun bir insan, hökmdar və döyüşçü kimi dəqiq portretini yaradır.

Qiymət - 5 Azn
Umico ilə sifariş et