Attila

Erik Deşodt
Kitabın kodu 9789952244533
Kitabın ölçüləri 140x200
Səhifələrin sayı 176
Qiymət 5 M

Kitab haqqında qısa məlumat

Döyüşkənliyi ilə bütün dünyanı lərzəyə gətirən hunların ən qüdrətlisi sayılan Attila sərkərdə və diplomat kimi ad çıxarmışdı. Bir çox Avropa mənbələri onun haqqında qaniçən təsəvvürü yaratmağa çalışsa da, Attila qəddarlıqda Roma imperatorlarına çatmazdı. Latınca və yunanca danışa bilən bu görkəmli şəxsiyyət öz parlaq zəkası, geniş dünyagörüşü ilə düşmənlərini belə heyrətləndirirdi.
Attilanın həyatı uşaqlıq illərindən başlayaraq ömrünün sonunadək bir-birindən maraqlı, gərgin hadisələrin müşayiəti ilə keçmişdi. Fransız yazıçısı və publisisti Erik Deşodtun (1937) sizə təqdim olunan əsərində bu həyat yolu ətraflı şəkildə, oxunaqlı dildə təsvir edilir. Tarixi faktlarla zəngin kitabda siz həmçinin Attilanın daxili aləmini öyrənəcək, onu bir şəxsiyyət kimi hərtərəfli tanıyacaqsınız.

There are many variations of passages of Lorem Ipsum available