Pənahi Makulunun "Xiyabani" romanında Cənubi Azərbaycanda milli azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabaninin (1880–1920) həyatından və mübarizəsindən, eləcə də onun rəhbərliyi altında Azadıstan (23 iyun – 14 sentyabr 1920-ci il) dövlətinin qurulmasından, həmçinin süqutundan bəhs edilir.