İqtisadi killerin etirafları

Con Perkins
Kitabın kodu 9789952243352
Kitabın ölçüləri 135x195
Səhifələrin sayı 304
Qiymət 8 M

Kitab haqqında qısa məlumat

Con Perkins 1945 - ci ildə ABŞ - ın Hanover (Nyu Hempşir ştatı) şəhərində anadan olmuşdur. 1968 - ci ildə Boston Universitetini bitirdikdən sonra Ekvadorda Sülh Korpusunda iştirak etmiş, daha sonra konsaltinq şirkətində işləmiş, ABŞ - ın bir sıra korporasiya, bank və nazirliklərinin Cənubi Amerika, Afrika və Yaxın Şərq üzrə məsləhətçisi olmuşdur.
Onun 2004 - cü ildə yazdığı "İqtisadi killerin etirafları" (Confessions of an Economic Hit Man) kitabı iki ilə yaxın "Nyu York Tayms" ın bestseller siyahısında olmuşdur. Kitab 32 dilə tərcümə olunmuş və bir çox universitetlərin tədris proqramına daxil edilmişdir.
C.Perkinsin etiraf etdiyinə görə, o, ABŞ hökuməti, korporasiyaları və bankları tərəfindən üçüncü dünya ölkələrinin iqtisadi müstəmləkəyə çevrilməsi prosesində iştirak etmişdir. EHM (ing. Economic hit men - iqtisadi killer) adlandırılan bu şəxslər Dünya Bankı, ABŞ - ın Beynəlxalq Əlaqələr Agentliyi (USAİD) və s. təşkilatlar adından çıxış edərək geridə qalmış ölkələrdə hökumət başçılarını, təbii ehtiyatlara nəzarət edən zəngin ailələri aldatmış, beləliklə, ABŞ korporasiyalarına trilyonlarla dollar gətirmişlər. EHM - lərin istifadə etdiyi əsas alətlər isə saxta maliyyə hesabatları, saxta seçkilər, şantaj və qətllər olmuşdur.

There are many variations of passages of Lorem Ipsum available