Qəbrinizə tüpürməyə gələcəyəm

Boris Vian
Kitabın kodu 9789952243765
Kitabın ölçüləri 130x200
Səhifələrin sayı 144
Qiymət 5 M

Kitab haqqında qısa məlumat

XX əsr fransız ədəbiyyatının görkəmli nümayəndəsi Boris Vianın (1920-1959) ilk romanı 1946-cı ildə çıxır, böyük qalmaqala, geniş müzakirələrə səbəb olur və ona məşhurluq gətirir.
Oxuculara təqdim olunan və 1950-ci illərdə qələmə alınan “Qəbrinizə tüpürməyə gələcəyəm” romanı ağların irqçiliyinin nec əbumeranq effekti ilə qaraların irqçiliyinə keçdiyini göstərir. Bu əsərə görə yazıçı “ictimai əxlaqı pozmaqda” günahlandırılır, məhkəməyə verilir, nəticədə 100 min frank məbləğində cərimələnir. Ancaq müəllifin romandan əldə etdiyi qazanc həmin rəqəmi kölgədə qoyur – "Qəbrinizə tüpürməyə gələcəyəm" 120 min tirajla satılır.
Boris Vianın vaxtsız ölümü də simvolik olaraq bu romanla bağlıdır. 1959-cu ildə roman ekranlaşdırılır. Filmə ilkin baxış 1959-cu ilin 10 martına təyin olunur. Vian səhərsaat 10-da başlayan nümayişə gəlir, 10 dəqiqə sonra isə oturduğu kürsüdə huşunu itirir. Onu xilas etmək mümkün olmur – xəstəxanaya çatmadan yolda vəfat edir.

There are many variations of passages of Lorem Ipsum available