İblisin vəkili

Endryu Nayderman
Kitabın kodu 9789952243673
Kitabın ölçüləri 130x200
Səhifələrin sayı 368
Qiymət 8 M

Kitab haqqında qısa məlumat

Tanınmış amerikalı yazıçı və ssenarist Endryu Nayderman 40-dan çox mistik trillerin müəllifidir. Bunlardan 6-sı ekran həyatı qazanıb.
Naydermana dünya şöhrəti gətirən isə "İblisin vəkili" romanıdır. Rejissor Teylor Hakford tərəfindən ekranlaşdırılan bu əsər yeni dünya ədəbiyyatının ən yaxşı bestsellerləri sırasında göstərilir. Romanın ekran variantında baş rolları əfsanəvi Al Paçino, Kianu Rivz və Şarliz Teron kimi məşhur aktyorlar ifa ediblər. Film qısa müddətdə nə az, nə çox, düz 153 milyon dollar gəlir gətirib!
"İblisin vəkili" Naydermanın, demək olar, bütün əsərlərinə xas olan dramatizmi ilə diqqət çəkir. Baş qəhrəman – Kevin adlı gənc vəkil üçün müdafiə etdiyi təqsirləndirilənlərin cinayətkar olub-olmadığı heç nə ifadə etmir, o bütün məhkəmə işlərini udur. Nəhayət, bir hüquq firmasından olduqca cəlbedici təklif alır, bununla da özünün və sevimli arvadının bütün həyatı heyrətamiz şəkildə dəyişir. Necə? Bu suala cavab tapmaq üçün hazırda əlinizdə olan kitabı diqqətlə oxumaq lazımdır

There are many variations of passages of Lorem Ipsum available