Taun

Kitab haqqında qısa məlumat

Böyük fransız yazıçısı və filosofu, ədəbiyyat üzrə "Nobel" mükafatı laureatı Alber Kamü həyatını azad, ədalətli cəmiyyət uğrunda mübarizəyə həsr etmişdi. Elə buna görə də onu hələ sağlığında "Avropanın vicdanı" adlandırırdılar.
Bəşər mədəniyyətinə "Yad" povesti, "Kaliqula" pyesi kimi bədii incilər bəxş etmiş Kamüyə dünya şöhrəti qazandıran əsərlərindən biri də "Taun" romanıdır. İlk dəfə 1947-ci ildə işıq üzü görən bu romanda Oran adlı şəhərdə qəfil başlayan taun epidemiyasından bəhs olunur. Müəllif bu qorxunc epidemiya ilə birlikdə yaşanan hadisələrin fonunda insanların həyatla ölüm arasında qalarkən keçirdiyi hissləri, həyəcanları ustalıqla qələmə alıb.
Müəllif romanda Avropanı ağuşuna almış faşizmi sətiraltı şəkildə taunla eyniləşdirir, bu dəhşətli bəlaya öz nifrətini ifadə edir.

Qiymət - 3 Azn
Umico ilə sifariş et

Oxşar kitablar