"Əcəl zəngi", "Qoca və dəniz", "Kilimancar oqarları" kimi dünyaca məşhur əsərlərin müəllifi olan Amerika yazıçısı Ernest Heminquey (1899-1961) hələ məktəbdə oxuyarkən məqalələr və kiçik hekayələr yazıb.
İnsanların həyat və sağlamlığını qorumaq üçün yaradılmış Qırmızı Xaç Cəmiyyətinin könüllü dəstəsində sürücü kimi Birinci Dünya müharibəsində (1914-1918-ci illər) iştirak edib.
Yazıçı bu müharibədən təxminən on il sonra özünün növbəti məşhur əsərini – "Əlvida, silah!" romanını qələmə alıb. Romandakı bir sıra hadisə və qəhrəmanları Heminquey cəbhədə şəхsən görüb müşahidə etmişdi. Roman müharibəyə nifrətlə, dinc həyat arzulayan insanlara rəğbətlə yazılıb.